Hava zərbələri təhlükəsi səbəbindən Ali Rada iclası LƏĞV ETDİ

Ukrayna Ali Radası davam edən hava həyəcanı siqnalları və hava zərbələri təhlükəsi fonunda avqustun 20-nə planlaşdırılan iclasını ləğv edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Ukrayna parlamentindəki mənbələrə istinadən yayılıb.

İclas qeyri-müəyyən müddətə təxirə salınıb.

Ukrayna mənbələrinin məlumatına görə, Kiyevdəki vəziyyət dəyişməz qalacağı təqdirdə, deputatlar işlərini parlament binasından kənarda, daha təhlükəsiz bir yerdə davam etdirə bilərlər.

Musavat.com

20.08.2026 13:50
611