Helikopter yerə çırpıldı: 5 nəfər həlak oldu - VİDEO

Liviyada tibbi helikopter qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, bu barədə Liviyanın "Al Wasat" informasiya portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə nəticəsində 5 nəfər həlak olub:

"Bazar ertəsi günü Əl-Kufra şəhərindən 300 kilometr cənub-qərbdə yerləşən Əs-Sara aviabazasında tibbi vertolyotun qəzaya uğraması nəticəsində beş nəfər həlak olub".

Məlumata görə, helikopter Liviya Milli Ordusunun (LNA) batalyonlarından birində avtomobil qəzasında yaralanan əsgəri təxliyə edirmiş.

Musavat.com

10.02.2026 11:01
971