Hesablama Palatasının 2026-cı il üçün xərcləri açıqlandı

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası haqqında qərar layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, layihəyə əsasən, Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası 11 455 897 manat məbləğində olacaq.

Deputatlar sənədi müzakirə edərək təsdiqləyiblər.

E.Paşasoy,
Musavat.com

21.11.2025 13:55
1039