Hikmət Hacıyev Bakıda Lavrovun müavini ilə regional və beynəlxalq məsələləri müzakirə edib

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycana gəlib.

Musavat.com  xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Mixail Qaluzinlə görüşdüyünü bildirib.

Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

10.12.2025 18:36
626