Hörmüz boğazında İran həmləsi - son xəbər

İranın hava hücumundan müdafiə sistemləri Hörmüz boğazı üzərində ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatını vurub.

Musavat.com bildirir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, strateji əhəmiyyətli Hörmüz boğazı üzərində olan MQ-1 pilotsuz uçuş aparatı İran ordusunun cənub-şərq istiqamətindəki hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar edilərək məhv edilib.

Qeyd edək kj, fevralın 28-də ABŞ və İsrailin İran daxilindəki hədəflərə zərbələr endirməsi ilə başlayan gərginlik səngisə də, hələlik vəziyyət mürəkkəb olaraq qalır. İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılmasına dair memorandum imzaladılar, lakin sonradan tərəflər yenidən bir-birinə zərbələr endirdilər. Hazırda münaqişə həll olunmamış qalır.

Münaqişənin gərginləşməsi Hörmüz boğazı vasitəsilə həyata keçirilən gəmiçiliyi demək olar ki, tam dayandırıb. Bu boğaz neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın (LNG) dünya bazarlarına çatdırılmasında əsas təchizat marşrutu rolunu oynayır. Nəticədə, dünyanın əksər ölkələrində yanacaq qiymətləri artıb.

Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, ABŞ-da benzinin orta qiyməti hazırda bir qallon (təxminən 3,8 litr) üçün təxminən 4,10 dollar təşkil edir.

Musavat.com

 

08.09.2026 18:24
794