Qətər, Hörmüz boğazının faktiki olaraq tamamilə blokadada olduğu bir şəraitdə, mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan üç tankerini bu marşrutla gizli şəkildə keçirməyə nail olub.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin hesabatına görə, Çinə doğru hərəkət edən "Al Rayyan" və Pakistana yollanan "Fuwairit" gəmiləri radarlardan yayınmaq üçün transponderlərini (yer təyin edən cihazları) söndürüblər.
Bu gizli taktika sayəsində hər iki tanker son günlərdə strateji əhəmiyyətli Hörmüz boğazını uğurla keçib.
Qətərin bu addımı qlobal enerji bazarında mühüm alıcıları tədarüklə təmin etmək üçün tam məxfi şəraitdə hərəkət etdiyini göstərir.
Musavat.com