Livanda yerləşən Böyük Kilikiya Evinin katolikosu I Aram növbəti dəfə bəyanat verərək Ermənistan hakimiyyətini Erməni Apostol Kilsəsinin işlərinə qarışmamağa çağırıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Patriarxın bəyanatında deyilir ki, Erməni Apostol Kilsəsinin xarici və daxili təhlükələrdən qorunması milli prioritetdir. Ultimatum xarakterli bəyanatda bildirilir ki, Ermənistan rəhbərliyi kilsənin, millətin və vətənin məhvinə səbəb ola biləcək konstitusiyaya zidd addımlardan əl çəkməlidir. I Aram həmçinin Eçmiədzinin Ana taxtına müraciət edərək bütün ermənilərin katolikosu II Qareginin ətrafında birləşməyi, kilsənin əhd və prinsiplərinə sadiq qalmağı xahiş edib.
Musavat.com