İdlibdə Suriya hərbçilərinə qarşı daha bir hücum: 4 əsgər öldürüldü

İdlib əyalətində Daxili Təhlükəsizlik Qüvvələrindən olan ən azı dörd Suriya əsgəri naməlum yaraqlılar tərəfindən öldürülüb.

Musavat.com xəbər verir ki, məlumayı Suriya TV yayıb. Bildirilir ki, təhlükəsizlik qüvvələri Maaret əl-Nu'manın cənubunda pusquya düşüb. Ölən dörd nəfərdən əlavə, daha bir nəfər yaralanıb və ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hücumun baş verdiyi əraziyə gücləndirici qüvvələr gəlib və ərazidə axtarış aparılır.

 

Musavat.com

15.12.2025 00:14
543