II Qaregin həbs oluna bilər - tərəfdarları hava limanına axışdı

Marseldən qayıdan bütün ermənilərin katolikosu II Qaregini qarşılamaq üçün İrəvanın Zvartnots hava limanına vətəndaşlar toplaşıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Tərəfdarları narahatdır ki, hüquq mühafizə orqanları yepiskopların iclasını pozmaq məqsədilə katolikosu hava limanındaca həbs edə bilərlər.

Musavat.com

06.12.2025 23:28
850