İlham Əliyev Tədbirlər Planını təsdiq etdi

"Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

30.01.2026 16:37
888