İran İordaniyada ABŞ-ın 9 təyyarəsini zədələyib

9 sentyabr gecəsi İranın İordaniyadakı aviabazaya endirdiyi zərbələr nəticəsində bir neçə ABŞ hərbi təyyarəsi zədələnib.

Musavat.com xəbər verir ki, məlumatı CBS yayıb. Telekanalın mənbələrinə görə, Müvəffəq Salti aviabazasında bir A-10 Thunderbolt təyyarəsi zədələnib - onun qanadından biri sıradan çıxıb. Bundan əlavə, səkkiz F-15 qırıcı təyyarəsinə "kiçik ziyan dəyib və onlar yenidən xidmətə qaytarılıb".

İordaniyadakı Amerika qüvvələri müdafiə üçün 30-dan çox Patriot hava hücumundan müdafiə raketindən istifadə edib.
Kanal aydınlaşdırıb ki, bu zərbələr nəticəsində İordaniyada heç bir Amerika hərbçisi itkisi qeydə alınmayıb.

Musavat.com

10.09.2026 09:02
912