İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq, İordaniyadakı ABŞ hərbi hava bazasına kütləvi raket zərbələri endirdiyini elan edib.
Musavat.com xəbər verir ki, məlumatı "Farhikhtegan" nəşri SEPAH-a istinadən yayıb.
Məlumata görə, ABŞ ordusunun Fars körfəzində və Hörmüz boğazında İranın ticarət və neft tankerlərinə hücum etməsinə cavab olaraq, SEPAH-ın Hava-Kosmik Qüvvələri "Ya Heydər Kərrar" kodu ilə əməliyyata başlayıb.
SEPAH-ın yaydığı rəsmi bəyanatda iddia olunur ki, İordaniyadakı Əl-Azraq ABŞ hərbi hava bazası bərk və maye yanacaqla işləyən ballistik raketlərin zərbələrinə məruz qalıb:
"Düşməni cəzalandırmaq məqsədilə həyata keçirilən bu ağır raket hücumunda ABŞ-nin F-35, F-16 və F-15 qırıcılarının saxlanıldığı anqarlar, təmir-bərpa, hazırlıq obyektləri və təyyarə sığınacaqları dəqiqliklə vurulub".
Əməliyyat zamanı "Xeybərşekan", "Qadr", "Emad" və kasset döyüş başlığına malik "Qadr-H" ballistik raketlərindən istifadə edildiyi bildirilir.
İran tərəfi atılan raketlərin üzərinə "İran Hörmüz boğazı məsələsində zərərrə qədər də geri addım atmayacaq" mesajını yazaraq döyüşlərin sonunadək davam edəcəyini bəyan edib.
Musavat.com