İran yeni HHM sistemini İŞƏ SALDI: ABŞ-nin 50-ci MQ-9-u VURULDU - FOTO

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus növbəti - 50-ci "MQ-9 Reaper" pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi telegram kanalında məlumat yayılıb.

"SEPAH döyüşçüləri təcavüzkarlara sarsıdıcı cavab tədbirlərinə başlayıblar. Aerokosmik Qüvvələrin yeni hava hücumundan müdafiə sisteminin tətbiq edildiyi ilk əməliyyat zamanı işğalçı Amerika ordusunun 50-ci qabaqcıl MQ-9 pilotsuz uçuş aparatı vurularaq məhv edilib", - deyə bəyanatda vurğulanır. 

Musavat.com

01.09.2026 23:37
1017