İrana qarşı olan kürd düşərgəsinə hücum edilib

İraq Kürdüstanında İran hökumətinə qarşı çıxan kürd paramilitar qruplarının mövqelərinə pilotsuz təyyarə hücum edib.


Musavat.com Reuters-ə istinadən xəbər verir ki, hücum Ərbilin şərqində yerləşən düşərgələrə edilib.

Agentliyin İraq təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumatına görə, düşərgədə yanğın baş verib.

Hələlik itkilər barədə məlumat yoxdur.

Musavat.com

02.07.2026 09:56
795