İranda sərnişin qatarı relsdən çıxdı

İranda Təbriz-Məşhəd marşrutu üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.

Musavat.com xəbər verir ki, hadisə Türkmənçay stansiyasında qeydə alınıb.

İlkin məlumata əsasən, qəza nəticəsində bir nəfər xəsarət alıb. Digər sərnişinlərin vəziyyətinin normal olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Musavat.com

11.06.2026 21:13
678