İrandan ABŞ-yə ZƏRBƏ

Ötən həftə İranın Küveytdəki aviabazaya raket zərbəsi nəticəsində dörd ABŞ hərbçisi və üç mülki şəxs yüngül yaralanıb.

Musavat.com xəbər verir ki, məlumatı "CBS News" məlumatlı mənbəyə istinadən yayıb.

Bildirilir ki, tibbi yardım aldıqdan sonra onlar artıq vəzifələrinə qayıdıblar.

ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumatı qismən təsdiqləyib. Onun açıqlamasına görə, ötən cümə axşamı İran Pentaqon tərəfindən idarə olunan Əli Əl-Salem Hava Bazasının yerləşdiyi Küveytə ballistik raket atıb. Raket Küveytin raketdən müdafiə sistemləri tərəfindən ələ keçirilib.

Musavat.com

 

01.06.2026 10:22
896