İsrail Livana zərbə endirib

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda Hizbullah yaraqlısına zərbə endirdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumatı İMQ mətbuat xidməti yayıb. Məlumata görə, zərbələr Livanın cənubundakı Cənnəta şəhəri yaxınlığında Hizbullah terrorçusuna endirilib.

Hələlik zərbələrin hədəfinin adı açıqlanmır.

 

Musavat.com

25.12.2025 09:45
487