İsrail Qəzzanın Xan-Yunis şəhərində çadır düşərgəsini vurdu – VİDEO

Musavat.com xəbər verir ki, İsrail ordusu Qəzza zolağında elan olunmuş atəşkəsə baxmayaraq, Xan-Yunis bölgəsində yerləşən çadır düşərgəsinə hava zərbəsi endirib.

Mənbələrə görə, hücum nəticəsində beş fələstinli, o cümlədən iki uşaq həyatını itirib. Yaralıların vəziyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Hadisə atəşkəs razılaşmasının davam etdiyi bir vaxtda baş verdiyindən bölgədə gərginlik yenidən artır. 

 

Musavat.com

04.12.2025 00:51
537