İstanbulda 4 mərtəbəli bina saniyələr içində yerlə-yeksan oldu - VİDEO

İstanbulun Baxçalıevlər rayonunda boşaldılan 4 mərtəbəli binanın çökmə anına aid görüntülər yayılıb.

Musavat.com xəbər verir ki, görüntüləri "TRT Haber" yayıb.

Kadrlarda binanın qəfil çökərək toz-dumana büründüyü anlar əks olunub.

İlkin məlumatlara görə, bina qəza vəziyyətində olduğu üçün daha əvvəl təxliyə edilib.

Qeyd edək ki, İstanbulda köhnə və zəlzələyə davamsız binaların çökməsi ilə bağlı narahatlıqlar son vaxtlar daha da artıb.

Musavat.com

07.08.2026 15:08
1072