İstanbulda məktəbdə qorxunc olay: 8 şagird bıçaqlandı

İstanbulun Başakşehir rayonunda məktəbdə bıçaqlı hücum olub, 8 şagird yaralanıb.

Hadisə oktyabrın 6-da Kayaşehirdə yerləşən Şeyh Şamil İmam Hatip Orta məktəbində baş verib.

Başqa məktəbdə oxuyan 15 yaşlı qız məktəbə gələrək şagirdlərə bıçaqla hücum edib. Yaralananlardan 7-si qızdır. Onlardan birinin vəziyyətinin kritik, ikisinin isə orta-ağır olduğu bildirilib. 

Hücumda şübhəli bilinən 15 yaşlı qız saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır./yenisabah/

06.10.2026 13:41
593