Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukrayna-Polşa sərhədi yaxınlığında Kiyev-Varşava marşrutu ilə hərəkət edən sərnişin qatarına endirilən zərbəni şərh edərkən kəskin bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, Aİ-nin baş diplomatı bu hücumun birbaşa Qərb dövlətlərini qorxutmaq və onları Ukraynaya dəstəkdən çəkindirmək məqsədi daşıdığını bildirib.
Kallas vurğulayıb ki, Qərb müttəfiqləri bu təzyiqlər qarşısında geri çəkilməməli, əksinə, Rusiyadan qorxmadıqlarını və Kiyevə yardımları daha da gücləndirəcəklərini nümayiş etdirməlidirlər.
Aİ rəsmisi həmçinin xəbərdarlıq edib ki, Rusiyanın geostrateji iddiaları və hərbi hədəfləri yalnız Ukrayna ərazisi ilə məhdudlaşmır. Bu səbəbdən Avropa və Qərb dövlətlərinin vahid, möhkəm və sarsılmaz mövqe nümayiş etdirməsi həyati əhəmiyyət kəsb edir.
Musavat.com