Kamran Əliyevdən yeni TƏYİNAT

Sumqayıt hərbi prokuroruna yeni müavin təyin edilib.

Musavat.com-un “Qafqazinfo”ya istinadla məlumatına görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Tural Həsənli şəhər hərbi prokurorunun müavini təyin edilib.

Qeyd edək ki, Sumqayıt hərbi prokuroru ədliyyə polkovniki Ağakişi Acalovdur. O, bir neçə ay əvvəl həmin vəzifəyə təyin edilib.

07.02.2026 13:43
1471