Kimsə Hörmüzdə rüsum alacaqsa, o, biz olacağıq - Tramp

ABŞ İranın Hörmüz boğazından keçmək üçün rüsum almasına icazə verməyəcək.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib: "Mən onların rüsum almasına icazə verməyəcəyəm. Kimsə bunu edəcəksə, bu, biz olacağıq".

Tramp vurğulayıb ki, rüsum məsələsi Vaşinqton və Tehran arasındakı danışıqlarda müzakirə olunmur.

Musavat.com

04.08.2026 08:52
753