Kiyevdə Rusiya bayrağı qaldırıldı: Ukrayna polisi HƏRƏKƏTƏ KEÇDİ - VİDEO

Kiyevdə naməlum pilotsuz uçuş aparatı (PUA) tərəfindən Rusiya bayrağı qaldırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat katibi məlumat yayıb.

"Əlavə araşdırmalardan sonra məlum olub ki, naməlum dron həqiqətən də paytaxtda buraxılıb. Təfərrüatlar müəyyənləşdirilir", - deyə Milli Polis bildirir.

Hadisə ölkədə narahatlıq yaradıb və təhlükəsizlik orqanları tərəfindən hərtərəfli araşdırma aparılır. Hələlik bayrağın necə gətirildiyi barədə açıqlama yoxdur.

Musavat.com

20.12.2025 19:29
1066