"Kızılcık şerbeti"nin "Çimen"i o olacaq?

"Kızılcık şerbeti" serialına yeni aktrisa daxil olacaq.

Musavat.com xəbər verir ki, ekran işində Asena Keskinci rol alacaq. O, "Çimen" obrazına həyat verəcək.

Qeyd edək ki, serialın baş rolunu Seray Kaya və Emre Dinler paylaşır. "Çimen" obrazını daha əvvəl Selin Türkmen canlandırıb. Lakin o layihədən ayrılıb.

Asena "Jasmin" serialı ilə son günlər gündəmdədir.

Könül

Musavat.com

17.08.2026 22:17
435