"Komedixana"nın aktrisası Zarina Qurbanova duyğusal mesajla diqqət çəkib.
Musavat.com xəbər verir ki, doğum gününü qeyd edən aktrisa anasına minnətdarlığını bildirib:
"Öz istəyimlə illər öncə doğuldum, böyüdüm! Bu yaşıma qədər yaşadıqlarım ağır, o qədər də əyləncəli və unudulmaz oldu. Yaxşı ki, oldu. Məni mən edən, azad, çoxluğa sevib-sevdirən, mərdanə, dostcanlı, sadiq yetişdirən hər çətinlikdən üzüağ çıxmağı öyrədən elə bu yaşadıqlarım oldu...
Ruhuma sadiq qala bildim. Əsas nə olursa-olsun, içimdəki uşağı sevdim, qəbullandım, başına sığal çəkməyi öyrəndim və icazə verdim ki, bütün bu yaşadıqlarıma baxmayaraq böyüməsin. Buna görə özümə təşəkkür edirəm. Doğum günüm mübarək. Sağ ol, ana".