“Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - VİDEO

Paytaxtın Nizami rayonu ərazisində - “Koroğlu” metro stansiyasının qarşısında marşrut avtobusu qəzaya düşüb.

160 saylı xətt üzrə hərəkət edən “İsuzu Citiport” markalı avtobus idarəetmədən çıxaraq dayanacağa çırpılıb.

Nəticədə, nəqliyyat vasitəsinə və dayanacağa ciddi zərər dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb.//Qafqazinfo

12.08.2026 10:51
1024