Kremldən rəsmi HAZIRLIQ: Müdafiə Nazirliyi AÇIQLAMA yaydı - Soçiyə və Piterə HÜCUM

Rusiya xüsusi xidmət orqanları 9 May ərəfəsində əlavə təhlükəsizlik tədbirləri görür. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Rusiya xüsusi xidmət orqanlarının olduqca mürəkkəb əməliyyat vəziyyəti nəzərə alınmaqla, 9 May ərəfəsində əlavə təhlükəsizlik tədbirləri gördüyünü deyib.

Kremlin sözçüsü bütün tədbirlərin qanun çərçivəsində görüldüyünü və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulduğunu vurğulayıb. Peskov bildirib ki, Moskvada "Ölməz Alay" yürüşü elektron formatda keçiriləcək.

Rusiyaının Soçi şəhərinə yenidən PUA hücumu edilib. Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, hava hücumundan müdafiə sistemləri işə salınıb, Soçi aeroportu “Xalça” planı tətbiqi səbəbindən bağlanıb. Soçi aeroportunda 35 reysin uçuşu, 42 reysin isə enişi təxirə salınıb. Qeyd edək ki, bu, sutka ərzində Soçiyə edilən 4-cü PUA hücumudur.

“Rusiya Prezidenti Vladimir Putinin qorunması üçün lazımi tədbirlər görülür. Bu, istənilən dövlət başçısının təhlükəsizliyinin təmin edilməsi üçün standart təcrübədir”. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“Dünyanın hər bir dövlət başçısı - istər Amerika, istər Avropa, istər Asiya və digər dövlət başçıları kimi, Rusiya Prezidentinin də təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görülür”, - Peskov vurğulayıb. Xatırladaq ki, Qərb mediasında müəyyən potensial risklərlə əlaqədar Rusiya Prezidentinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı məlumatlar yayılıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi təhlükəsizlik mütəxəssisi İlham İsmayılla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

07.05.2026 15:48
640