Ukraynaya məxsus zərbə pilotsuz uçuş aparatları (PUA) artıq 3500 kilometr məsafəni qət etmək imkanına sahibdir.
Musavat.com xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bu texnoloji sıçrayış sayəsində Ural dağlarına qədər olan istənilən hərbi hədəfin vurulmasının mümkün olduğunu bəyan edib.
Məlumata görə, əgər əvvəllər 1000 kilometrlik uçuş məsafəsi Ukrayna üçün mühüm bir nailiyyət hesab olunurdusa, hazırda ordunun sərəncamındakı zərbə dronları 3500 kilometrdən çox uzaqlıqda yerləşən strateji hədəfləri dəqiqliklə məhv edə bilir.
Bildirilir ki, son aylarda Ukrayna hərbi-sənaye kompleksi düşmən arxasında yerləşən hərbi obyektlərə dərin reydlər təşkil etmək üçün xüsusi olaraq layihələndirilmiş "Hell" ("Cəhənnəm") və "Fierce" ("Amansız") kimi bir sıra yeni zərbə PUA-larını təqdim edib.
Musavat.com