Kürdəmirdə kanalda meyit tapıldı

Kürdəmirdə su kanalından 60 yaşlı kişinin meyiti tapılıb.

Hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü Şirəliyev İxtiyar Tarıverdi oğlunun cansız bədəni su kanalından aşkarlanıb.

Hadisə yerinə FHN-in xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunub. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokururluğunda araşdırma aparılır. (Report)

14.02.2026 19:14
596