"Kurtlar Vadisi"nin aktyoru dünyasını dəyişdi

Türkiyənin tanınmış aktyoru Faruk Günuğur həyatını itirib.

Bildirilir ki, Faruk Günuğur 78 yaşında vəfat edib. O, Türkiyə Dövlət Teatrlarının keçmiş baş direktoru vəzifəsində çalışıb.

Mərhum aktyor "Kurtlar Vadisi Pusu" (kəşfiyyat rəhbəri rolunu canlandırıb - red.) və "Tek Türkiye" kimi seriallarda da rol alıb.

Aktyorun ölüm səbəbi açıqlanmayıb.//Demokrat.az

26.08.2026 22:32
1068