Latviya ABŞ qoşununu öz ərazisində yerləşdirməyə hazırdır

Latviya hakimiyyəti Vaşinqtonun Almaniyadan çıxarmaq istədiyi hərbi kontingentinin bir hissəsini öz ərazisində yerləşdirməyə hazırdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, həmin qərarın bəyan edilməsindən sonra Latviya rəsmiləri amerikalı tərəfdaşları ilə bu barədə danışıqlar aparır.

Latviyanın xarici işlər naziri Baiba Braže “Bloomberg TV”-yə verdiyi müsahibədə bildirib ki, biz amerikalı müttəfiqlərimizlə bir neçə sahəni müzakirə edirik və onlar bizi nümunəvi müttəfiq hesab edirlər. “Buna görə də biz bu inkişafdan çox məmnun olardıq", - deyə Latviya xarici işlər naziri bildirib.

O, əlavə edib ki, Latviya ölkədə Amerikanın mövcudluğunu genişləndirmək üçün bütün zəruri infrastrukturu təmin etməyə hazırdır.

Musavat.com

11.05.2026 20:50
1030