Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb

Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb.

Musavat.com APA-ya istinadən bildirir ki, hadisə şəhərin Paşa Təhməzov küçəsində baş verib.

2023-cü il təvəllüdlü A.A ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılıb.

Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

14.09.2026 20:37
717