Venesuela prezidenti Nikolas Maduro ABŞ-da özünün pop-ulduz Taylor Sviftdən daha çox tanındığını iddia edib.
“ABŞ-da məni hamı tanıyır. Hətta bir albom yazmağı düşünürəm — vəsait toplayıb sosial layihələrə yönəltmək üçün”,
— deyə Maduro çıxışı zamanı bildirib.
Musavat.com xəbər verir ki, Prezidentin bəyanatı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. ABŞ-dakı sorğular isə Sviftin dünyada ən çox dinlənilən ifaçılardan biri olduğunu göstərir.
Musavat.com