Magistraturaya qəbul olunanlar üçün qeydiyyat müddəti uzadıldı

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək.

Qeyd edilib ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər.

12.08.2026 18:18
498