Makrondan SON DƏQİQƏ AÇIQLAMASI: “Davam edəcəyəm...”

Fransa prezidenti Emmanuel Makron ölkədəki siyasi qeyri-sabitlik fonunda Yeni il müraciətində bildirib ki, səlahiyyət müddətinin sonunadək vəzifəsini icra etməyə davam edəcək.

Musavat.com xəbər verir ki, Makron deyib: “Sizin mənə etibar etdiyiniz mandatı yerinə yetirmək üçün son saniyəyədək çalışacağam”.

O, 2027-ci il prezident seçkilərinin sakit və xarici müdaxilə olmadan keçirilməsi üçün səylər göstərəcəyini vurğulayıb. Makronun sözlərinə görə, Fransa üçün seçkiöncəsi dövrdə sabitliyin qorunması prinsipial əhəmiyyət daşıyır.

Musavat.com

02.01.2026 18:39
815