Masallıda FACİƏ: 46 yaşlı kişi palıd ağacından yıxılaraq öldü

Masallı sakini ağacdan yıxılaraq ölüb.

Hadisə rayonun Məmmədrzaküçə kəndində qeydə alınıb.

Kənd sakini, 46 yaşlı Əşrəf Əşrəfov yaşadığı evin həyətində palıd ağacını budamaq üçün ağaca çıxıb. O, qızolma nəticəsində ağacdan yıxılaraq ölüb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır./Lent.az

31.08.2026 16:42
522