Masazırda 2 qadın qətlə yetirildi - Cinayət işi başlandı

Abşeron rayonu, Masazır qəsəbəsində iki qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Musavat.com-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

11.04.2026 17:13
980