Medianews.az-ın 14 yaşı tamam olur

Bu gün Medianews.az xəbər portalının fəaliyyətə başlamasından 14 il ötür.

14 il əvvəl fəaliyyətə başlayan Medianews.az bu gün Azərbaycan media məkanında öz dəst-xətti və oxucu auditoriyası olan xəbər platformalarından biridir.

Xəbər portalı fəaliyyətə başladığı gündən etibarən Azərbaycanda və dünyada baş verən mühüm hadisələri operativ şəkildə işıqlandırmağı, gündəmin əsas mövzularını oxuculara çatdırmağı qarşısına məqsəd qoyub.

Bu illər ərzində Medianews.az-ın xəbər siyasətinin əsasını operativlik, dəqiqlik, obyektivlik və məsuliyyətli jurnalistika prinsipləri təşkil edib. Ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən tutmuş sosial, iqtisadi, mədəniyyət və digər sahələrdəki yeniliklərə qədər geniş informasiya spektri portalın gündəlik fəaliyyətində öz əksini tapıb.

Medianews.az 14 il ərzində yalnız xəbər çatdıran platforma kimi deyil, həm də cəmiyyətdə müzakirə olunan aktual məsələlərin gündəmə gətirilməsinə və müxtəlif mövqelərin işıqlandırılmasına xidmət edən media qurumu kimi fəaliyyət göstərib.

Portalın bu günə qədər keçdiyi yol ilk növbədə onun ərsəyə gəlməsində və inkişafında əməyi olan jurnalistlərin, redaktorların, əməkdaşların və bütün yaradıcı heyətin zəhməti ilə bağlıdır.

14 illik fəaliyyət həm də Medianews.az-a göstərilən oxucu etimadının tarixidir. Bu müddət ərzində xəbərlərimizi izləyən, materiallarımızı oxuyan və paylaşan hər bir oxucumuza təşəkkür edirik.

Qarşıdakı illərdə də Medianews.az öz xəbərçilik prinsiplərinə sadiq qalaraq yeni layihələr, fərqli formatlar və daha geniş informasiya imkanları ilə fəaliyyətini davam etdirməyi hədəfləyir.

“Yeni Müsavat” kollektivi olaraq Medianews.az-ı 14 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, media fəaliyyətində yeni uğurlar və davamlı inkişaf arzulayırıq. 14 illik yolunuz mübarək!

12.09.2026 08:29
702