Medvedevdən Paşinyan və Zelenskiyə sərt sözlər: “Beyinsiz rusofoblar”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyan və Ukrayna prezidenti Volodimir Zelenski barədə kəskin ifadələr işlədib.

Musavat.com xəbər verir ki, Medvedev bildirib: “Bu gün İrəvanda rus dilində yaxşı danışan iki beyinsiz rusofob öz qüsurları səbəbindən pis ingiliscə söhbət edirdi. Çox güman ki, bu, kameralar üçün idi, sonra isə yenə alışdıqları dildə – rusca danışmağa davam etdilər”.

O, istehza ilə əlavə edib ki, bu görüşdə yalnız Donald Tramp və Cey Di Vens çatışımırdı ki, savadsızlara ingilis dilindən imtahan götürsünlər.

 

Musavat.com

05.05.2026 00:49
1182