Medvedyev yenə qələbədən danışdı – 4 il 8 ayda azı 48-ci dəfə

Rusiya xüsusi hərbi əməliyyatı qələbə ilə başa çatdırmalıdır və sonradan heç kim cınqırını çıxarmamalıdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bu açıqlamanı “Max” messencerində verib.

"Biz hər şeyi yenidən başlamağa çalışmadan müharibəyə tam nöqtə qoymalıyıq", - deyə o bildirib.

Medvedyev həmçinin bildirib ki, müqavilə ilə hərbi işə qəbul nisbəti ilkin planı aşdığı üçün Rusiyanın səfərbərlik planı yoxdur.

Daha əvvəl Medvedyev Ukraynadakı xüsusi əməliyyatın 2027-ci ildə mümkün başa çatması barədə danışmışdı. O izah etmişdi ki, Moskva münaqişənin mümkün qədər tez bitməsində maraqlıdır.

Onu da qeyd edək ki, 2022-ci ilin fevral ayında xüsusi hərbi əməliyyatın başladığı gündən bura qədər Medvedyev ayda azı 3 dəfə Ukraynaya qarşı müharibənin tezliklə və Rusiyanın tam qələbəsi ilə başa çatacağını bəyan edib.

Musavat.com

11.09.2026 22:31
1175