"Mənim sənətim sosial mediaya sığmaz" - Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

Musavat.com xəbər verir ki, müğənni sosial media paylaşımlarına önəm vermədiyini açıqlayıb:

"Mən səsimlə, sənətimlə sənətkar adını qazanmışam. Sosial media mənim üçün sevənlərimlə görüşüb, əylənəcəyimiz yerdir. Burada dostlarımla sənətimi deyil, sadəcə hiss etdiklərimi paylaşıram. Mənim sənətim sosial mediaya sığmaz".

Könül
Musavat.com

22.01.2026 12:39
597