Mətanət İsgəndərli dəbdəbəli mənzilində bahalı geyimlərini GÖSTƏRDİ - VİDEO

Əməkdar artist Mətanət İsgəndərli növbəti paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Müğənni dəbdəbəli mənzilində qış geyimlərini nümayiş etdirib. Bahalı və zövqlü libaslarını ev şəraitində təqdim edən sənətçi bununla izləyicilərinin marağına səbəb olub.

İsgəndərlinin paylaşdığı görüntülərdə geniş qarderobu və dəbli geyim seçimi xüsusilə diqqət çəkib.

Sözügedən paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb, izləyicilər müğənninin zövqünü və dəbdəbəli həyat tərzini müzakirə ediblər.

 (Milli.az)

18.01.2026 22:03
1532