MİDA sədri onu rəhbər təyin etdi - FOTO

Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) yeni kadr təyinatı olub.

Bununla bağlı MİDA-nın İdarə Heyətinin sədri Sadıq Sadıqov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Faid Əhədov Agentliyin İnformasiya Texnologiyaları şöbəsinin Sistem administrasiyası rəhbəri vəzifəsinə təyin olunub.

O, yeni təyinatadək "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İnformasiya Texnologiyaları üzrə rəhbər vəzifəsində çalışıb.  (Nocomment.az)

11.09.2026 11:20
1363