Milli Məclisin sabiq baş məsləhətçisi vəfat etdi

Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib.

O, 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Azad Rüstəmzadə Xalq şairi Süleyman Rüstəmin yeganə övladı olub.

O, 1989-2009-cu illərdə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.//Oxu.Az

29.06.2026 01:46
1999