Müayinə üçün xəstəxanaya getmişdi - Öldü

Gəncədə xəstəxanaya müayinəyə gedən qadın ölüb.

Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan xəstəxanaların birində baş verib.

Belə ki, MRT müayinəsinə gedən 1958-ci il təvəllüdlü Zenfira Cəfərovanın qəfil halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum olub.

Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gedibmiş.

04.07.2026 18:38
1112