Müəllim dəm qazından boğulub öldü

Quba rayonunda dəm qazı faciəsi baş verib.

Hadisə martın 14-də gecə saat 04 radələrində rayonun Xucbala kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü Baxışova Aytən hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Məlumata görə, mərhumə Zöhrab Əkbərov adına kənd məktəbinin müəlliməsi olub və dörd uşaq anası idi.\\NOCOMMENT.az

 

16.03.2026 00:09
872