NATO ölkəsindən gözlənilməz qərar

Çexiya NATO-nun şərq cinahındakı ön xətdə yerləşdirilən bölmələrdəki qoşunların sayını azaltmaq niyyətindədir.

Nusavat.com xəbər verir ki, bu barədə “Seznam” portalı məlumat yayıb.

Portala görə, qoşun limiti 2000-dən 1600-ə endiriləcək. Qeyd olunur ki, NATO-nun şərq sərhədindəki kontingentin bu gözlənilməz azalması pula qənaət etmək ehtiyacı ilə bağlıdır.

Bundan əlavə, 2000 əsgərlik kvota əvvəllər doldurulmayıb.


Musavat.com

06.08.2026 21:18
1145