Naxçıvanda evdən 6330 manatlıq qızıl-zinət əşyaları oğurlandı

Naxçıvan şəhərində evdən 6330 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Musavat.com xəbər verir ki, Naxçıvanda fərdi yaşayış evlərinin birindən 6330 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 28 yaşlı Tale Budaqov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

03.10.2025 14:43
809