Nazir qaçırıldı: Bu ölkədə - ANBAAN VİDEO

Pakistanın İctimai işlər və kommunikasiyalar naziri Fazal Şakur Xan naməlum şəxslər tərəfindən qaçırılıb.

Musavat.com xəbər verir ki, günün günortaçağı silahlı şəxslər yüksəkrütbəli məmurun avtomobilini saxlayaraq onu güc tətbiq etməklə naməlum istiqamətə aparıblar.

Yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı dərhal təhqiqata başlayıb və insidentin təfərrüatlarını araşdırır.

Polis faktla bağlı əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Musavat.com

23.09.2026 11:40
1252